İlham Əliyevin ad günüdür

İlham Əliyev

-

Dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin 54 yaşı tamam olur.

İlham Əliyevin Azərbaycanın ictimai-siyasi həyatındakı fəaliyyəti 1994-cü ildən 2003-cü ilin avqust ayına qədər Dövlət Neft Şirkətindəki işi ilə başlayıb. O, əvvəlcə şirkətin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub.

1995-ci və 2000-ci illərdə isə Milli Məclisinə deputat seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə deputat səlahiyyətlərinə xitam verilib.

1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir.

İlham Əliyev 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü il avqustun 4-də baş nazir təyin edilib.

2003-cü il oktyabrın 15-də ilk dəfə ölkə prezidenti seçilib. Ancaq rəqibləri onu hakimiyyəti atası Heydər Əliyevdən alıb seçkiləri saxtalaşdırmaq yolu ilə hakimiyyətə gəlməkdə ittiham ediblər.

2008-ci il oktyabrın 15-də ikinci, 2013-cü il oktyabrın 9-da isə üçüncü dəfə ölkə prezidenti seçilib. Rəsmi rəqəmlərə görə, seçkilərdə 84,54 faiz səs toplayaraq böyük üstünlüklə qalib gəldiyi bildirilsə də, müxalifət onu seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edib.