Ermənistan azərbaycanlını buraxdı

Foto arxiv

Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı Turqay Mikayılov azadlığa buraxılıb.

“News.am” saytının məlumatına görə, Lori rayon Məhkəməsi dekabrın 23-də onu 5 aylıq azadlıqdan məhrum eləmişdi.

Əslən azərbaycanlı olan Turqay Mikayılov iyulun 23-dən həbs olunduğundan məhkəmə zalından azadlığa buraxılıb.

Turqay Mikayılov bu il iyulun 23-də Gürcüstandan Ermənistanın Lori vilayətinə keçib.

O, həmin vaxt içkili olduğunu desə də sərhədi qanunsuz keçmə maddəsi ilə ona qarşı cinayət işi açılıb.