Lewandowskiyə 70 milyon avro təklif edilir

Robert Lewandowski

İngiltərənin "Mançester Yunayted" klubu "Bavariya"nın hücumçusu Robert Lewandowskiyə 70 milyon avro təklif edir.

Bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl polşalı futbolçu ilə "Real" (Madrid) və PSJ-də maraqlanıb.

27 yaşlı futbolçu cari mövsümdə keçirdiyi 23 oyunda 26 qol vurub.