Rusiya Khodorkovsky-nin həbsini istəyir

Mikhail Khodorkovsky

-

Rusiya keçmiş maqnat Mikhail Khodorkovsky-nin həbsi üçün beynəlxalq order verib. Kremlin tənqidçisi olan Khodorkovsky «Açıq Rusiya» hərəkatını yaradıb. Özü Londonda yaşayır.

Bir gün öncə bu hərəkat əməkdaşlarının mənzillərində axtarışlar başlanıb. İstintaq komitəsinin təmsilçiləri axtarışın Mikhail Khodorkovsky-nin işi ilə bağlı olduğunu deyiblər.

Dekabrın 11-də YUKOS-un keçmiş rəhbərinə Nefteyuqansk merinin ölümünün təşkili ittihamı irəli sürülüb.