Fransa polisi hücumun “qarşısını alır”

Bernard Cazeneuve

-

Fransa polisi Parisin cənubunda Orlean şəhərində polis və hərbiyə hücum planlaşdıran iki nəfərin qarşısını ala bilib. Bunu ölkənin daxili işlər naziri Bernard Cazeneuve dekabrın 22-də deyib.

Cazeneuve söyləyib ki, 20 və 24 yaşlarında olan iki fransız dindirilmə üçün saxlanıb.

Nazir həmin şəxslərin “Suriyada bir fransız cihadçı ilə əlaqədə olduğunu” bildirir. İndi istintaq müəyyənləşdirməyə çalışır ki, həmin 2 nəfərdən birinin etiraf etdiyi hücumların həyata keçirilməsinə həmin cihadçımı göstəriş verib.

Nazir bu il Fransada 10 hücumunun qarşısının alındığını söyləyib.

Noyabrda Parisdə törədilmiş hücumlarda 130 nəfər öldürülüb.