Avropaya 1 milyondan çox qaçqın keçib

Foto arxiv

2015-ci ildə Avropa Birliyi ölkələrinə 1 milyon qaçqın keçib, 3600 qaçqın isə ölüb və ya itkin düşüb.

BMT-nin qaçqınlar üzrə idarəs və Beynəlxalq Miqrasiya Təşkilatının dekabrən 22-də yaydıqları birgə bəyanatda belə deyilir.

Bəyanatda onların yarısının Suriyadan, 20 faizinin Əfqanıstandan, 7 faizinin isə İraqdan olduğu bildirilir.

Ümumilikdə Yunanıstan, Bolqarıstan,İspaniya, Malta və Kiprə dekabrın 21-dək 1 milyon 5 min 504 nəfər qaçqın gəlib ki, onların 800 minindən çoxu dənizlə Yunanıstana keçənlərdir.

BMT-nin qaçqınlar üzrə idarəsi bu tempin 2016-cı ildə də davam edəcəyini gözləyir.

Amma Beynəlxalq Mirqasiya Təşkilatı qabaqcadan rəqəm göstərməyin mümkün olmadığını bildirir.

Yaxın Şərq və Şimali Afrika ölkələrindən olan qaçqınların əksəriyyəti Balkan ölkələri vasitəsi ilə daha varlı Avropa ölkələrinə keçməyə can atırlar.

Bundan başqa hazırda təkcə Avropa Birliyinə üzv olmayan Türkiyədə 2 milyondan çox qaçqın var.