Turizm fəaliyyətinə görə lisenziya götürüldü

Foto arxiv

Azərbaycanda turizm fəaliyyətinə görə lisenziya tələb olunmayacaq.

Bu Azərbaycan prezidenti İlham Əliyevin lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və lisenziya verilməsinə görə dövlət rüsumu barədə dekabrın 21-də imzaladığı fərmanda nəzərdə tutulur.

Bundan əvvəl turizm, mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti üçün 1500-5500 arası dövlət rüsumu və Mədəniyyət və Turizm Nazirliyindən lisenziya alınması nəzərdə tutulurdu.

Amma bu fəaliyyət növləri yeni fərmanla lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb.