İraq qüvvələri Ramadiyə hücuma keçib

Foto arxiv

İraq qüvvələri “İslam Dövləti“ qrupunun nəzarətində olan Ramadi şəhərinə hücuma keçib.

Antiterror mərkəzinin mətbuat katibi Sabah al Numaninin dekabrın 22-də verdiyi məlumata görə, hökumət qüvvələri şəhərin mərkəzindəki hpkumət kompleksina tərəf irəliləyir.

O hazırda qızğın döyüşlər getdiyini və əməliyyata hərbi-hava qüvvələrinin də cəlb edildiyini deyir.

Bağdadın 100 kolometrliyində yerləşən şəhərə hücum hələ ötən ay başlayıb və hökumət qüvvələri şəhəri tam mühasirəyə götürmüşdü.

Ramadi Anbar əyalətinin paytaxtıdır.

İraq kəşfiyyatının məlumatına görə şəhərdə 250-300 arası “İslam Dövləti” yaraqlısı var.