Zibillikdən silah tapılıb

Tapança

-

Balaxanı poliqonunda silah-sursat tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN bildirir ki, Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşları «Təmiz şəhər» ASC-nin Balaxanı məişət tullantıları poliqonundan istifadəyə yararsız «Makarov» markalı tapança, pnevmatik tapança, süngü bıçaq, 198 ədəd müxtəlif çaplı patron və avtomat üçün patron darağı tapıblar.