Ashraf Ghani Bakıdadır

Ashraf Ghani Kabildə mətbuat konfransında

-

Dekabrın 22-də Əfqanıstan İslam Respublikasının Prezidenti Mohammed Ashraf Ghani Azərbaycana rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul düzülüb.

Əfqanıstan Prezidentini aeroportda Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.