-
Fövqəladə Hallar Nazirliyi Qobustan rayonunda intihara cəhdin qarşısını alıb.
Bu barədə qurum məlumat yayıb.
Dekabrın 21-də axşam saatlarında Qobustan rayonunda bir nəfər birmərtəbəli evin damına çıxıb və intihar etmək istəyib.
“Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb”, FHN bildirir.
İntihara cəhdin səbəbləri barədə məlumat verilmir.