Moldova prezidenti Nicolae Timofti qərbpərəst biznesmen və keçmiş baş nazir Ion Sturzaya yeni hökumət yaratmağı tapşırıb.
1999-cu ildə 9 ay baş nazir olmuş 55 yaşlı Sturza dekabrın 22-də parlamentdəki partiyalarla danışıqlara başlayacağını bildirib.
O deyib ki, yeni kabineti siyasi yolla təyin edilmiş nazirlərdən yox, peşəkarlardan yaratmaq fikrindədir.
İkili-Rumınya və Moldova vətəndaşlığı olan Sturza bildirib ki, onun yalnız bir ölkəsi var-Moldova.
Yeni hökumətin təsdiqi üçün parlamentdəki 101 deputatdan azı 51-nin dəstəyini qazanmaq lazımdır.