Belçikada Fransa hücumlarında şübhəli bilinən 5 nəfər saxlanıb.
Bu barədə dekabrın 21-də Belçika polisi məlumat verib.
Dekabrın 20-i gecə saatlarında Brüsselin mərkəzində keçirilən reyddə 2 qardaş və onların dostu, 21-də şəhərin şimalında keçirilən reyddə isə daha 2 şübhəli saxlanıb.
Həmin hücumlarda əsas şübhəli sayılan Salah Abdesalam isə hələ ki, azadlıqdadır.
Noyabrın 13-də Parisdə törədilən 3 gücumda 130 nəfər ölüb.
Bu hücuma görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.