Rusiya Suriyada “hərbi gücdən” danışır

Vladimir Putin

-

Rusiya prezidenti Vladimir Putin deyir ki, ölkənin silahlı qüvvələri Suriyada tam gücündən hələ istifadə etməyib və lazım gələrsə, “daha artıq hərbi vasitələrə” əl ata bilər.

Putin dekabrın 19-da danışıb. Bir gün öncə isə BMT-nin Təhlükəsizlik Şurası Suriyada sülh prosesinə dair yol xəritəsi qətnaməsi qəbul edib.

“Pilotlarımız, kəşfiyyat agentlərimiz müxtəlif qüvvələri – ordunu, donanmanı və aviasiyanı səmərəli şəkildə koordinasiya edir, ən müasir silahlardan istifadə edirlər”, Rusiya xəbər agentlikləri Putin-ə istinadla yazır. “Bu, hələ, bacarıqlarımızın hamısı demək deyil. Daha artıq hərbi vasitələrimiz var. Ehtiyac yaranarsa, onların hamısından istifadə edəcəyik”.