Rusiyanın “RBK” media holdinqi prezident Vladimir Putinin kürəkəni olduğu iddia edilən 33 yaşlı iş adamı Kiril Shamalovun işini araşdırıb.
Reuters agentliyinin məlumatına görə, o Putinin qızı Katerina Tikhinovanın həyat yoldaşıdır.
Shamalovla Tikhinovanın holdinqlərdə 2 milyard dollaradək payları olduğu və bunun əsas hissəsinin “Sibur” şirkətinin aksiyalarında olduğu bildirilir.
“RBK-nın məlumatına görə, Shamalov 2008-ci ildə 26 yaşında “Sibur” holdinqinin vitse-prezidenti olub,
2014-cü ildə holdinqin aksiyalarını alıb.
O bu işdə atasının ona kömək eləməsi barədə iddiaları rədd edir.
Kiril Shamalovun atası Nikolay 2011-ci ildə Forbesin varlı biznesmenlər siyahısına düşüb. O 2014-cü ildə Avropa Birliyinin sanksiyalar siyahısına salınıb.
“RBK” yazır ki, Nikolay Shamalov Putinin yaxın ətrafına daxil olduğuna görə sanksiyalara düşüb və o “Ozera” kooperativinin təsisçilərindən biridir.
Çinin “Sinopec” şirkəti dekabrın 17-də “Sibur” holdinqinin səhmlərinin 10 faizini alıb və bu Nikolay Shamalov bu sövdələşmənin iştirakçılarından biridir.
Reuters agentliyi şahidlərə istinadla verdiyi məlumata görə, 2013-cü ilin fevralında Kiril Shamalovla Keterina Tikhinovanın toyu olub.
Mərasim Sankt Peterburq ətrafındakı qış “İqora” kurortunda ciddi mühavizə altında və məxvi keçirilib.
Vladimir Putin dekabrın 17-də keçirdiyi illik konfransda Katerina Tikhinovanın onun qızı olub-olmaması ilə bağlı suala cavabdan yayınıb.