Pentaqon rəhbəri Əfqanıstana gedib

Ash Carter

ABŞ müdafiə naziri Ash Carter dekabrın 18-də Əfqanıstana gözlənilməz səfər edib.

O Əfqanıstandakı ABŞ hərbçiləri və yerli məmurlarla görüşməlidir.

Qeyd edək ki, son bir ildə Talibanın Əfqanıstanda fəallaşdığı müşahidə olunur.

Pentaqonun bu həftə yaydığı hesabatda Bu il paytaxt Kabildə hücumların 27 faiz artdığı, həmçinin yerli qüvvələrin ötən illə müqaisədə 27 faiz çox itki verdiyi bildirilir.

ABŞ prezidenti Barack Obama bu ilin oktyabrında Əfqanıstandakı ABŞ ordusunun mandatının uzadılacaığını bildirib.

Hazırda Əfqanıstanda 9800 ABŞ hərbçisi var.