İngiltərənin “Çelsi” futbol klubunun baş məşqçisi José Mourinho istefaya göndərilib.
Bu barədə BBC məlumat yayıb.
Dekabrın 17-də keçirilən iclasda klub rəhbərliyi onunla vidalaşmaq qərarına gəlib.
2013-cü ildən “Çelsi”ni çalışdıran Mourinho bu il avqustun 7-də klubla yeni müqavilə imzalamışdı.
Amma komanda yeni mövsümdə uğursuz çıxış edib. “Çelsi” hazırda Premyer Liqada 16 turdan sonra 15 xalla 16-cı yerdədir.