Dələduzluqda ittiham olunan keçmiş tanınmış futbolçusu Maşallah Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.
APA-nın məlumatına görə, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Maşallah Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O Bakı İstintaq Təcridxanasına göndərilib.
Keçmiş futbolçu dələduzluqda ittiham olunur.
Bakı şəhər sakini Fəqan Cəfərov 2012-ci ildə polisə müraciət edərək, M. Əhmədovun ona məxsus sexdən 72 min manat dəyərində üzlük piltə götürdüyünü və pulunu ödəmədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb.
Amma həmin cinayət işinin başlamasından 3 il keçməsinə baxmayaraq, MaşallahƏhmədov pulu hələ də ödəməyib.
Bu il dekabrın 14-də isə Binəqədi polisinə onunla bağlı daha bir şikayət daxil olub.
Bakı şəhər sakini Yusif Əzizov Maşallah Əhmədovun ondan 105 min manat dəyərində mərmər daşı götürdüyünü, pulunu ödəmədiyini deyir.
Bundan başqa o Yusif Əzizovdan oğlunu işə düzəltmək adı ilə 15 min manat alıb və bunu eləməyib.
Hazırda istintaq gedir.