Dekabrın 18-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Amma gecə yarımadanın bəzi yerlərində yağış ehtimalı var.
Mülayim şimal küləyi əsəcək.
Abşeron yarımadasında gecə 2-5, gündüz 8-12, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.
Bölgələrdə də havanın əsasən yağmursuz keçəcəyi, amma şərq rayonlarında yağıntı ehtimalı var.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.