-
Dekabrın 17-də Rusiya prezidenti Vladimir Putin media üçün 11-ci sual-cavab sessiya keçirəcək. Suriya müharibəsi və Türkiyə ilə münasibətlərdəki gərginliyin əsas mövzular olacağı gözlənir.
TASS xəbər verir ki, tədbirə 1390 jurnalist akkreditə olunub. Onların içində Dozhd telekanalından Ksenia Sobchak da var. Ötən il Sobchak-ın Putin-lə mübahisəsi yaranmışdı.
2001-ci ildən Putin media üçün sual-cavab sessiyaları təşkil edir. Sözçüsü bunu prezidentlə müsahibə üçün çoxsaylı müraciətlərlə izah edir.
Mətbuat konfransı adətən Moskva vaxtıyla 12-də başlayır və bir neçə saat davam edir. Jurnalistlər istənilən sualı soruşur və tədbirin nə vaxt bitməsinə prezident qərar verir.
Azad Avropa/AzadlıqRadiosu qeyd edir ki, Putin-dən fərqli olaraq, digər dövlət başçıları media ilə daha sıx təmas qururlar.
Məsələn, ABŞ prezidentləri ildə bir neçə dəfə rəsmi mətbuat konfransları keçirir. Bundan başqa, Ağ Evdə jurnalistlər qarşısında bəyanatlarla çıxış edir və medianın suallarını cavablandırırlar.