Rusiyalı general raketlərindən danışıdı

Sergei Karakayev

 “Rusiya raketləri ABŞ-ın Avropada qurduğu hava hücumlarından müdafiə qalxanını yarmağa qadirdir”

Bunu dekabrın 16-da jurnalistlərə Rusiya Strateji Təyinatlı Raket Qoşunlarının komandanı Sergey Karakayev deyib.

O qeyd edib ki, ABŞ-ın Raket Əleyhinə Müdafiə Sistemi Rusiya xüsusi təyinatlı raket qoşunlarının qarşısını ala bilməz.

Qeyd edək ki, dekabrın 17-də Rusiyada Strateji Raket Qüvvələri Günü qeyd olunur .

Karakayev ötən il 2020-ci ilədək Rusiyanın raket qoşunlarının yeni tip ballistik raketlərlə təhciz ediləcəyini bildirimişdi.

Prezident Vladimir Putin isə bu günlərdə ölkənin nüvə qüvvələrinin yeni raketlərlə təhciz edilməsinin qarşıda duran əsas məsələ olduğunu demişdi.