BQXK itkin düşənlərin siyahısını hazırlayıb

icrc logo

Beynəlxalq Qırmızı Xaç Komitəsi münaqişə tərəflərinə Dağlq Qarabağ münaqişəsi nəticəsində itkin düşən 4496 nəfərin siyahısını təqdim edib.

Bu barədə Komitənin Bakı və Yerevan nümayəndəlikləri məlumat yayıb.

Məlumatda bildirilir ki, atəşkəs rejimindən 20 il ötməsinə baxmayaraq ailələr münaqişə nəticəsində itkin düşən qohumlarının taleyindən hələ də xəbərsizdirlər.

Siyahı sonuncu dəfə 2004-cü ildə təqdim olunub və o vaxtdan bu yana BQXK, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət komissiyaları və itkinlərin ailələri ilə əməkdaşlıq edərək yeni siyahı hazırlayıb.

Beynəlxalq humanitar qaydalara əsasən, münaqişə tərəfləri itkin düşənlərin taleyinə aydınlıq gətirilməsi üçün lazımi tədbirlər görməli, informasiya mübadiləsi eləməlidirlər.