Suriyanın şimalında üsyançıların nəzarətində olan kəndələrdən birində yanacaq bazarının havadan vurulması nəticəsində onlarla adam ğlüb.
Bu barədə dekabrın 15-dəLondonda fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzi məlumat yayıb.
Məlumata görə Maarat al Naasan kəndinə zərbələri dekabrın 15-də Rusiya təyyarələri endirib.
Mərkəzin rəhbəri Rami Abdurrahman azı 35 nəfərin öldüyünü bildirir.
Bu bazarda “İslam Dövləti” qrupunun nəzarətində olan rayonlardan gətirilən dizel yanacağı satılır.
Rusiya sentyabrın 31-də Suriyada hava reydləri keçirir.
Qeyd edək ki, Rusiya Suriya münaqişəsində prezident Bashar Assadın, Qərb isə ona qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.