Rusiya prezidenti Vladimir Putin dekabrın 15-də Konstitusiya məhkəməsinin beynəlxalq məhkəmələrin qərarını tanımamasına imkan verən qanun imzalayıb.
İlk növbədə də Avropa İnsan Hüquqları Məhkəməsi.
Dövlət Duması dekabrın 4-də Konstitusiya məhkəməsi barədə qanuna belə bir düzəliş edilməsi ilə bağlı qanun layihəsi qəbul etmişdi.
Sənədi dekabrın 9-da Federasiya Şurası da təsdiqləmişdi.
Dövlət Dumasında bu qnun layihəsinə təkcə deputat Dimitry Gudkov etiraz eləyib.