Yəməndə atəşkəsdir

Ismail Ould Cheikh Ahmed

Yəməndə atəşkəs razılaşması dekabrın 15-dən qüvvəyə minib.

İsveçrədə Yəmənlə bağlı sülh danışıqları başlayıb.

Razılaşmaya əsasən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya Yəmənhə hava zərbələrini, həmçinin üsyançılar atəşi dayandırır.

Amma sakinlər paytax Sanaa və ölkənin şimalında atışmalar olduğunu deyirlər.

Bu ərazilər Huti üsyançılarının nəzarətindədir.

BMT-nin vasitəçiliyi ilə İsveçrədə aparılan danışıqlarda prezident Mansur Hadinin və üsyançıların nümayəndələri iştirak edir.

Huti üsyançıları əsasən şiələrdən ibarətdir.

9 aydır ki, Yəməndə gedən döyüşlərdə 5800-dən çox adam ölüb, yüz minlərlə adam qaçqın düşüb.

Bundan başqa son vaxtlar “İslam Dövləti” qrupu və Əl Qaidə ilə əlbir olan qrupların fəallaşdığı müşahidə olunur.