Kerry Moskva görüşünə ümidlə yanaşır

Sergei Lavrov və John Kerry

“Suriya müharibəsinin həlli və Ukraynanın şərqində sülh sazişinin həyata keçirilməsi ilə bağlı Rusiya rəhbərliyi ilə danışıqlarda real irəliləyiş gözləyirəm”. Bunu dekabrın 15-də Moskvada ABŞ Dövlət katibi John Kerry deyib.

Kerry Moskvada Rusiyanın xarici işlər naziri Sergei Lavrovla görüşüb.

Liderlər “İslam Dövləti” qrupunun bütün ölkələr üçün təhlükə və ən pis terrorçu qrup olduğunu bildiriblər.

Sergei Lavrov həmçinin Kerrynin bu səfərinin səmərəli olacağına ümidlə yanaşdığını deyib.

Lavrov həmçinin “İslam Dövləti” qrupunun Əfqanıstan, Liviya və Yəməndə də fəal olduğunu vurğulayıb.

Kerrynin günün sonunda prezident Vladimir Putinlə də görüşü nəzərdə tutulur.

Kerrynin səfəri dekabrın 18-də Nyu-Yorkda dünya ölkələri illə Suriya arasında gözlənilən görüş ərəfəsinə təsadüf edir.

ABŞ və onun müttəfiqləri hesab edir ki, Bashar Assad rejimi Suriyada istənilən siyasi keçiddə iştirak etməməlidir.

Amma buna qarşı çıxan Rusiya deyir ki, liderini Suriya xalqının özü seçməlidir.

Moskva həmçinin “İslam Dövləti” qrupu ilə mübarizədə Suriya ordusunun əsas qüvvə olduğunu deyir.