-
ABŞ Dövlət katibi John Kerry dekabrın 15-də gecə Moskvaya çatıb. O, bu gün Rusiya prezidenti Vladimir Putin-lə görüşəcək. Danışıqlarda Suriyada vətəndaş müharibəsinə son qoyulması üçün siyasi keçid, Ukraynanın şərqində sülh sazişinin yerinə yetirilməsi müzakirə olunacaq.
Dekabrın 18-də Nyu Yorkda Suriya danışıqlarının üçüncü raundu gözlənir.
Kerry dekabrın 14-də rusiyalı həmkarı Sergei Lavrov-la telefonla danışıb. Tərəflər razılaşıblar ki, hər hansı yeni görüşdən öncə spesifik şərtlər razılaşdırılsın. Beləliklə də, Nyu York görüşünün vaxtına dair sual yaranıb.