Sənət əsərlərinin adlarında bu sözlər ola bilməz

Rijksmuseum - Amsterdam Dövlət Muzeyi

-

"Biz hollandları bəzən “pendirbaşlar” adlandırırlar, xaricdə hansısa muzeydə “Pendirbaş qadın pendirbaş oğlu ilə” adlı rəsm görmək bizə xoş olmazdı...”

Muzey müstəmləkə terminlərinin redaktə edir

Amsterdam Dövlət Muzeyindəki incəsənət əsərlərinin adları dəyişdirilir. “Rijksmuseum Amsterdam” bəyan edir ki, bundan sonra sənət əsərlərinin adlarında bu sözlər olmayacaq. Onlar daha korrekt sözlərlə əvəz ediləcək:

- “Zənci”

- “Hindu”

- “Karlik” (“dwarf” - mifik balacaboy varlıqlar)

- “Hottentot” (holland dilində “dovşan", tarixən Cənubi Afrikanın yerli xalqını belə adlandırıblar),

- “Məhəmmədçi” (tarixən qərblilərin müsəlmanlar haqda təyinatı)

Muzeyn tarix şöbəsinin müdiri Martine Gosselink deyir:

ABŞ prezidenti və Niderlandın baş naziri Amsterdam Dövlət Muzeyində, 2014

“Məqsədimiz ağdərililərin başqa xalqlar haqda işlətdikləri sözləri yığışdırmaqdır. Məsələn, biz hollandları bəzən “pendirbaşlar” adlandırırlar, xaricdə hansısa muzeydə “Pendirbaş qadın pendirbaş oğlu ilə” adlı rəsm görmək bizə xoş olmazdı...”

Bu layihə “Müstəmləkəçi terminologiyanın korrektəsi” adlanır. Əsərlərin adlarının dəyişdirilməsi işi ilə 12 kurator məşğul olur.

Amsterdam Dövlər Muzeyində 1,1 milyon əsər var.

“Hələlik biz “zənci” sözünün işləndiyi 132 əsər aşkar etmişik, onları dəyişdirmək çətin olmadı. “Hottentot” kimi təhqirli ifadələri də təcili düzəldəcəyik.”

Onun sözlərinə görə, bu dəyişikliyi alqışlamayanlar çoxdur. “Muzey politkorrekt olmağa çalışır? Nəyə gərəkdir belə dəyişiklik?” deyirlər.

Amma muzey hesab edir ki, hələ turistlərin heysiyyətini bir yana qoysaq, təkcə Niderlandda keçmiş müstəmləkələrdən çıxmış milyondan çox sakin yaşayır. Ən azı buna görə dəyişiklik zəruridir.