Rusiya“Azad Suriya Ordusu”na silah verir

Valery Gerasimov

Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov Moskvanın “Azad Suriya Ordusu”na silah və sursat göndərməsini təsdiqləyib.

O deyib ki, Bashar Assad rejiminə qarşı mübarizə aparan bu üsyançı qrup indi hökumət qüvvələri ilə birlikdə “İslam Dövləti” qrupuna qarşı mübarizə aparır.

Bundan əvvəl bu barədə Nazirlər Kabinetinin kolleqiya iclasında prezident Vladimir Putin məlumat vermişdi, amma az sonra Kremlin sözçüsü Dimitry Peskov bu informasiyanı təkzib eləmişdi.

Valeri Gerasimovun sözlərinə görə, “Azad Suriya Ordusu” hazırda hökumət qüvvələri ilə birlikdə Homs,Hama, Hələb və Raqqada birgə hücuma keçiblər.

O qeyd edib ki, Rusiya aviasiyası bunu dəstəkləmək üçün hər gün 30-40 zərbə endirir.