Tenge düşməkdə davam edir

Foto arxiv

Qazaxıstanın milli valyutası Tenge dollara nisbətdə ən aşağı həddə düşüb.

Noyabrın 14-də ölkə banklarında 1 dollar 334 tengeyə satılıb.

Bu avqustun 20-də tengenin uzən məzənnəyə buraxılmasından sonra ən aşağı həddir.

Tenge yanvarın 1-dən bu yana dəyərinin 80 faizindən çoxunu itirib.

Buna səbəb dünya bazarında neftin qiymətinin kəskin düçməsi, Rusiyadakı iqtisadi böhran və Çindəki iqtisadi geriləmədir.

Qeyd edək ki, Rusiya ilə Çin əsas gəliri neftdən olan Qazaxıstanın əsas ticarət tərəfdaşlarıdır.