Ölkə çempionatında “Qarabağ” liderdir

"Qarabağ" azarkeşləri (arxiv fotosu)

-

Futbol üzrə ölkə çempionatında növbəti turun oyunları keçirilib. 

AZAL “Xəzər Lənkəran”la qarşılaşıb. 3 oyun məğlub olmayan AZAL “Xəzər Lənkəran”a 1:0 hesabı ilə qalib gəlib.  

Qəbələdə isə yerli “Qəbələ” komandası “Neftçi”ni qəbul edib. Bu oyunda “Neftçi” meydan sahiblərinə 0:1 hesabı ilə məğlub edib. 

“Qarabağ” “Zirə” oyununda isə hesab açılmayıb - 0:0.

Bu turun nəticəsi olaraq “Qarabağ” 36 xalla turnir cədvəlində liderliyini qoruyub. “Qəbələ” 27 xalla ikinci yerdədir. “Zirə” üçüncü, “İnter” dördüncü, “Neftçi” isə beşınci yerdədir.