-
Dekabrın 14-də Azərbaycanın görkəmli sənətkarı Rəşid Behbudovun 100 yaşı tamam olur.
Bununla bağlı dekabrın 14-də saat 11.45-də Fəxri Xiyabanda Rəşid Behbudovun məzarı önündə anım mərasimi keçiriləcək.
Mərasimdə sənətkarın yaxınları, mədəniyyət və incəsənət xadimləri, pərəstişkarları iştirak edəcəklər.
Saat 19-da isə sənətkarın adını daşıyan Dövlət Mahnı Teatrında Estrada-simfonik orkestrinin konserti olacaq.