-
Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun məhkəmə prosesi davam edəcək.
Məhkəmə qapalı keçirilir. Bundan əvvəl dekabrın 9-da keçirilən prosesdə şahid ifadələri dinlənilmişdi.
Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, dövlətə xəyanətdə ittiham olunur.
Rauf Mirqədirov ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.
Jurnalistin işi üzrə istintaqı Milli Təhlükəsizlik Nazirliyi aparıb.