Rusiya Türkiyə səfirini çağırdı

Smetlivy gəmisi, 2013-cü il

-

Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, Türkiyənin Moskvadakı hərbi attaşesini danışıqlara çağırıblar. Daha öncə Rusiyanın mina gəmisi Egey dənizində balıqçı gəmilərinə xəbərdarlıq atəşi açıb.

Müdafiə Nazirliyi vebsaytında və facebook səhifəsində yazıb ki, balıqçı gəmisi Smetlivy esminesinə yaxınlaşıb. Həmin gəmi Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının bir hissəsi olaraq Aralıq dənizinin şərqindədir.

Türkiyə ilə Suriya ilə sərhədində Rusiya təyyarəsini vurandan sonra iki ölkənin münasibətləri pisləşib.