Taliban cavabdehliyi üzərinə götürdü

Foto arxiv

Taliban dekabrın 11-də Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışa görə cavabdehliyi üzərinə götürüb.

Partlayış İspaniya səfirliyinin yaxınlığında törədilib.

Daxili İşlər Nazirliyinin sözçüsü Sediq Sediqqi partlayışın maşınla törədildiyini deyir.

Azı 1 nəfərin xəsarət aldığı bildirilir.

Qeyd edək ki, bu həftə Qəndəhardakı hərbi hava bazasına edilmiş hücumda 50-dən çocx adam ölüb.

Son vaxtlar talibançıların Əfqanıstanda fəallaşdığı müşahidə olunur.