Dekabrın 12-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, zəif duman və çiskin olacağı gözlənilir.
Mülayim cənub küləyi əsəcək.
Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.
Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinli yağış ehtimalı var.
Şərq küləyi əsəcək.
Gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.