“Günəşli” yatağında baş vermiş qəza ilə bağlı dekabrın 10-da Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib.
Nazirliyin məlumatına görə, toplantıda qəza nəticəsində itkin düşənlərin axtarışı müzakirə edilib.
Sonda sabah axtarışa 1 təyyarə və 10 helikopter, 7 gəmi, habelə əlavə qüvvələrin cəlb olunması barədə qərar qəbul edilib.
Həmçinin, Xəzərdə üzən gəmilərə Dövlət Dəniz Administrasiyası vasitəsilə üzdükləri ərazilərdə müşahidə-axtarış işlərinin görülməsi tapşırılıb.
Qeyd edək ki, dekabrın 4-də baş verən qəzadan sonra hələ də 20-dən çox neftçi itkin sayılır. 7 nəfərin cəsədi çıxarılaraq dəfn edilib.