Ukrayna təhlükəsizlik xidmətinin bir əməkdaşı əməliyyat zamanı həlak olub.
İnsident diversant qrupu ələ keçirərkən baş verib.
Onlardan 5-i Ukrayna, 3-ü isə Rusiya vətəndaşlarıdır.
Təhlükəsizlik xidmətinin dekabrın 10-da verdiyi məlumata görə, onlardan 6-sı dekabrın 9-da paytaxt Kiyev və Xarkovda keçirilən əməliyyatlar zamanı yaxalanıb. Qrupun lideri olduğu güman edilən ukrqaynalı isə atışmada öldürülüb.
Məlumata görə bu qrup Ukraynada terror aktlarına hazırlaşırmış.
Qeyd edək ki, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra ölkədə bir neçə dəfə terror aktı törədilib.