Meksikanın paytaxtında Taekvondo üzrə milli komandalar arasında Dünya çempionatı keçirilib.
Azərbaycan Taekvondo Federiyasının məlumatına görə, Azərbaycan millisi dekabrın 8-9-da keçirilən yarışın qalibi olub.Beləki Azərbaycan millisi ilk görüşdə Belçika yığmasını 57-31, növbəti görüşdə isə Özbəkistan millisini 31-11 hesabı ilə məğlub edərək yarımfinala çıxıb.
Yarımfinalda isə Cənubi Koreyanı 48-30 hesabı ilə məğlub edərək finala çıxıb.
Azərbaycan millisi finalda İranla keçirilən görüşdə də 42-23 hesabı ilə qalib gələrəkdünya kuboku qazanıb.
Cənubi Koreya və Rusiya komandaları isə bürünc medal qazanıblar.
Yığma dekabrın 14-də vətənə dönəcək.