"Rosatom" Türkiyə ilə müqaviləni dayandırıb

Taner Yildiz və Sergei Kiriyenko

Rusiya Türkiyədə Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı Ankara ilə birgə layihəni dayandırıb.

Bu barədə Reuters agentliyi Türkiyə tərəfinə istinadla xəbər verir.

Layihənin dəyəri 20 milyard dollardır.

Agentlik bildirir ki, Türkiyə layihəni davam etdirmək üçün yeni tərəfdaşlar axtarır.

Türkiyənin baş nazir müavini Numan Kurtulmush bildirib ki, Ankara bu stansiyanı tikmək üçün Rusiyadan aşlı deyil, çünki bunu digər ölkələrin şirkətləri də edə bilər və buna hazırdırlar.

Türkiyənin noyabrın 24-də Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşib.

Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Həmçinin Türkiyə cavab sanksiyalarına baxır.