Real"ın futbolçusu Cristiano Ronaldo daha bir rekorda imza atıb.
Belə ki, "Malmö" ilə oyunda 4 qol vuran portuqaliyalı hücumçu Çempionlar Liqasının qrup mərhələsində qollarının sayını 11-ə çatdırıb.
O oyunun 39, 47, 50 və 59-cu dəqiqələrində fərqlənib.
İndiyədək qrup mərhələsində heç kim 11 qol vurmayıb.