«Gənclik»dəki keçid damır

«Gənclik» stansiyası

-

Hər dəfə yağan yağışdan sonra metronun «Gənclik» stansiyasında çoxuna tanış mənzərə yaranır. Yenə də yağışdan sonra metronun bir müddət öncə təmir olunan keçidinə su damır.

Problemin keçidin yuxarısındakı yolda aparılan təmir işləri ilə bağlı olduğu, təmir işlərini aparan qurumlarla danışıqlar aparıldığı və qısa zamanda aradan qaldırılacağı bildirilir. Ancaq hələ ki mövcud durumda dəyişiklik yoxdur.