Taliban azı 9 nəfəri öldürüb

Əfqan qüvvələr Qəndəhar aeroportunu qoruyurlar, 9 dekabr, 2015-ci il

-

Taliban silahlıları cənubi Qəndəhar vilayətinsə əfqan və NATO qüvvələrinin istifadə etdiyi böyük aerodroma hücum ediblər. Əfqan təhlükəsizlik qüvvələri və dinc sakinlər arasında azı 9 nəfərin öldüyü bildirilir.

Qəndəhar şəhərindən 30 km cənubda yerləşən aerodroma hücuma dekabrın 8-də şər qarışandan az sonra başlanıb, dekabrın 9-da sübçağınadək davam edib.

Bu, Əfqanıstanda ikinci hərbi bazadır.

Taliban bəyanatında üç intiharçının bazaya girdiyni, onların yüngül və ağır silahlarla silahlandığını bildirib.

NATO missiyası beynəlxalq heyət arasında itki olmadığını deyir.