BMT Rusiyanın çağırışına məhəl qoymur

Vitaly Churkin (solda) ABŞ-ın BMT-dəki səfiri Samantha Power ilə üz-üzə

-

Rusiya Türkiyənin İraqın şimalına hərbçi yerləşdirməsini “məsuliyyətsiz addım” adlandırıb. Ancaq BMT-nin Təhlükəsizlik Şurası bu məsələni müzakirəyə çıxarmaqdan imtina edib.

“Təhlükəsizlik Şurasının bu duruma diqqət ayırması çox vacib idi”, Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin deyib. O, həmin gün Türkiyənin İraq və Suriyadakı hərbi addımlarının müzakirəsi üçün iclas çağırmışdı.

“İnanırıq ki, Türkiyə İraq hökumətinin razılığı olmadan İraqa əlavə qüvvə göndərməklə məsuliyyətsiz davranıb”, Churkin deyib. O, Türkiyənin əslində Suriya və İraqda İslam Dövləti silahlı qruplaşmasına hava zərbələri endirən ABŞ koalisiyanın elədiyini təkrarladığını söyləyib. Belə ki, ABŞ da Suriya hökumətinin icazəsini almayıb.

Churkin iclasın nəticəsindən “narazı” qaldığını bildirib.

İraq liderləri də Türkiyənin hərəkətindən gileylənib, Türkiyə ilə məsələni müzakirə etdiklərini bildiriblər.