İranın məsələsi araşdırılır

İran oktyabrda İmad raketini sınaqdan keçirdi

-

Birləşmiş Ştatlar İranın ötən ay ballistik raket buraxması barədə məlumatları araşdırır. İranın BMT sanksiyalarını pozması təsdiqlənərsə, məsələ BMT-nin Təhlükəsizlik Şurasına çıxarıla bilər.

“Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunması çox vacibdir”, ABŞ-ın BMT-dəki səfiri Samantha Power dekabrın 8-də deyib.

Oktyabrda ABŞ, Britaniya və Fransa Şuranı çağırmışdı ki, Tehranın oxşar sınaq həyata keçirməsi, bununla da BMT sanksiyalarını pozması barədə ölçü götürsün. Hələlik heç bir addım atılmayb.

Tehran həmin raketlərin nüvə silahı daşımaq üçün hazırlanmadığını və bu səbəbdən BMT sanksiyalarını pozmadığını bildirib.