Keçmiş Ukrayna prezidenti Viktor Yanukovych siyasətə qayıtmaq istəyir.
Bu barədə o “RİA Novosti”-yə müsahibəsində deyib.
Yanukovychin sözlərinə görə, Ukraynada təqib olunanlara çox kömək edir və hazırkı yerli siyasətçilərlə əlaqə saxlayır:
“Onların çoxu artıq bu gün, bir əvvəl olduğu kimi o qədər də qorxmur və utanmırlar. Artıq onlar biz görüşəndə özlərini rahat hiss edirlər”.-deyə o vurğulayıb.
2014-cü ildə Ukraynada çevrilişlə hakimiyyətdən kənarlaşdırılan Yanukovych hazırda Rusiyada yaşayır.