"Qarabağ"Belçikaya itki ilə gedir

Qurban Qurbanov

Futbol üzrə Avropa Liqası qrup mərhələsinin sonuncu turunda səfərdə “Anderlext”lə qarşılaşacaq "Qarabağ" daha bir itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, komandanın aparıcı futbolçularından olan Riçard Almeyda zədələnib.

Məşq zamanı zədələnən braziliyalı yarımmüdafiəçi buna görə Premyer Liqanın ötən turunda "İnter"lə oyunu buraxmalı olub.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib ki, Almeyda komanda ilə birlikdə Belçikaya gedəcək, amma onun meydana çıxıb-çıxmayacağı hələlik bəlli deyil.

Digər zədəli futbolçu Ansi Aqollinin də "Anderlext"lə görüşdə oynayıb-oynamayacağı da sual altındadır.

Dekabrın 10-da keçiriləcək "Anderlext" - "Qarabağ" görüşü Avropa vaxtı ilə saat 21:05-də başlayacaq.