İD-ki silahların çoxu İraq ordusunun olub

Foto arxiv

“Bir neçə onillikdə məsuliyyətsiz silah alveri və İraqa silah axınına nəzarətsizlik nəticəsində “İslam Dövləti” qrupunun əlinə böyük miqdarda silah keçib”.

Amnesty International təşkilatının hesabatında belə deyilir.

Hesabatda bildirilir ki, bu silah, sursat və hərbi avadanlıqların böyük hissəsi bundan əvvəl İraq ordusuna məxsus olub.

Hesabatda qeyd edilir ki, “İslam Dövləti” qrupunun əlində olan bu silahlar, Rusiya, Çin, ABŞ və Avropa Birliyidövlətləri də daxil olmaqla 20-dən çox ölkədə istehsal olunub.

Həmçinin Suriyadakı hərbi bazanı ələ keçirdikdən sonra yaraqlıların əlinə hərbi texnikalar keçib.

Təşkilat dünya ölkələrini Suriya prezidenti Bashar Assad rejimi, habelə hərbi cinayətlərdə əli olan Suriya müxalifət qruplarına qarşı silah embarqosu tətbiq etməyə çağırır.