Ankara Moskvaya qarşı sanksiyalara baxır

Ahmet Davutoglu

Türkiyə hökuməti Rusiyaya qarşı mümkün sanksiyaları müzakirə edir.

Bunu dekabrın 8-də Türkiyənin baş naziri Ahmet Davutoglu hakim partiyanın deputatları ilə görüşdə deyib.

Amma o Ankaranın hələ də Moskva ilə danışıqlara açıq olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə noyabrın 24-də Suriya sərhədi yaxınlığında Rusiyanın SU-24 təyyarəsini vurduqdan sonra Rusiya Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Rusiya həmçinin prezident Racep Tayyip Erdogan və ailəsi başda olmaqla Türkiyə rəhbərliyini“İslam Dövləti “ qrupunun nəzarətində olan Suriya və İraqdakı ərazilərdən qaçaq neft almaqda ittiham edir.

Türkiyə ittihamı rədd edir və əksinə bu işdə Rusiyanın özünü günahlandırır və buna sübutlar olduğunu deyir.