“Günəşli” yatağındakı 10-cu platformada baş verən qəza nəticəsində həlak olan neftçilərdən ikisi dekabrın 8-də Xudat və Qubada dəfn olunub.
APA-nın məlumatına görə, Xaçmaz rayon sakini, Ağa Mahmudov doğulduğu Köhnə Xudat kənddə dəfn olunub.
Dəfn mərasimində Xaçmaz rayon İcra başçısı Şəmsəddin Xanbabayev və SOCAR-ın nümayəndələri də iştirak edib.
Quba rayon sakini Samir Mayılov isə Qubanın Alpan kəndində dəfn olunub.